Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Son zəng” tədbirləri olmuşdur.

31 may 2014 | 01:00

Rayonun ümumtəhsil məktəblərində “Son zəng” mərasimləri keçirilmişdir. Hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən tədbirin vaxtında dəyişiklik edilmişdir.
Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydalara əsasən məktəblərdə tədbirlərə saat 10:00-da başlanılmışdır. Mərasimlərdə ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyəti aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmiş, məzunlara ali təhsil ocaqlarına müvəffəqiyyətlə qəbul olunmaq, cəmiyyətimizə, Vətənimizə və dövlətimizə layiqli övladlar kimi yetişmək üçün uğurlar arzulamışlar.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində rayonumuzun təhsil ocaqlarının IX sinfini 1678 nəfər,  XI sinfini isə 1350 nəfər şagird bitirmişdir.
Üç saat keçirilməsi nəzərdə tutulan “Son zəng” tədbirləri saat 13:00- da başa çatmışdır.

Keçidlər