III Qəbələ Kubokunun qalibi - «Anderlext»
III Qəbələ Kuboku sona çatdı. Başdan sona kimi maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin finalında Türkiyə təmsilçisi "Fənərbağça" və Belçika təmsilçisi "Anderlext" üz-üzə gəlib. Finala qədər məğlubiyyət acısı dadmayan komandaların qarşılaşmasının taleyini 1 qol həll edib. Albert Lombo Sokonqonun qolu belçikalılara minimal hesablı qələbə qazandırıb. Beləliklə, III Qəbələ Kubokunun qalibi adını "Anderlext" qazanıb. "Fənərbağça" ikinci, "Rapid" (Avstriya) isə üçüncü yerə sahib çıxıb.
Final matçının ardından turnirin müxtəlif nominasiyalar üzrə ən yaxşıları və medalçı komandaları mükafatlandırılıb:
"Fair-play" mükafatı: Leo Çaukin (“Lokomotiv”)
Ən yaxşı qapıçı: Aleks Knyejanrek (“Rapid”)
Ən yaxşı müdafiəçi: Laiym Koyl (“Liverpul”)
Ən yaxşı yarımmüdafiəçi: Mahsun Çapkan (“Fənərbaxça”)
Ən yaxşı hücumçu və oyunçu: Mişel de Luz (“Anderlext”)