Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilmişdir.

03 iyun 2014 | 15:00

İyunun 1-də Qəbələ şəhərindəki Heydər Əliyev Parkı gül-çiçəklə bəzədilmiş, bayram libasına bürünmüşdü. Bayram şənliyinə toplaşan uşaqların sevinclərinin həddi-hüdudu yox idi.
Tədbiri giriş sözü ilə açan uşaq yaradıcılıq mərkəzinin direktoru Rəfiqə Şirinova uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan uşaqların beynəlxalq müdafiəsi günü haqqında ətraflı məlumat vermiş, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən danışmışdır.
Sonra bayram şənliyi davam etdirilmiş, uşaq yaradıcılıq mərkəzinin, rayon incəsənət məktəbinin və mədəniyyət mərkəzinin uşaqlardan ibarət bədii özfəaliyyət qrupları maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının  müavini Ətayə Osmanova uşaqları bu bayram münasibətilə təbrik etmiş, onlara xoş gələcək, aydın səma arzulamışdır.

Keçidlər