Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Zona birinciliyi keçirilmişdir.

04 iyun 2014 | 15:00

03 iyun 2014-cü il tarixdə Qəbələ şəhərində, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyi keçirilmişdir. 
İlk öncə qonaqlar və komandaların kapitanları Heydər Əliyevin büstü önünə tər güllər qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra yarış açıq elan olunaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Komandalar marş sədaları altında tribunanın qarşısından keçdikdən sonra yarışa start verilmişdir. Yarışın keçirilməsində məqsəd şagırdlərdə, gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin və fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasıdır.
120 nəfərə qədər iştirakçının qatıldığı yarışda 10 rayonun komandaları (Qobustan, Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala,Balakən) təmsil olunmuşdur.
Yarışda komandalar müxtəlif mərhələlər (“Manelər zolağı”, “Kombinəedilmiş yanğın estafaeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər”) üzrə birincilik uğrunda mübarizə aparmışlar. Gərgin mübarizə və yüksək idman əhval-ruhiyyəsi ilə başa çatan “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyində İsmayıllı rayonunun komandası 1-ci, Qobustan rayonunun komandası 2-ci, Qax rayonunun komandası 3-cü yerləri tutaraq yarışın kuboklarını qazanmışlar.
Yarışda fərqlənmiş komandalar Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və Qəbələ rayon Gənclər və idman idarəsi tərəfdən  kubok və diplomlarla təltif olunmuşlar.
I və II yeri tutan İsmayıllı və Qobustan rayonlarının komandaları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasını 91 illiyi münasibətilə keçiriləcək "Gənc xilasedici və yanğınsöndürən" ümumrespublika yarışlarında iştirak etmək hüququ əldə etmişlər.

Keçidlər