Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə keçirilən fəlakət riskinin idarə olunması üzrə 7-ci Beynəlxalq konfrans başa çatmışdır.

06 iyun 2014 | 15:00

Qəbələ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə fəlakət riskinin idarə olunması üzrə 7-ci  Beynəlxalq konfrans iyunun 5-də başa çatmışdır.
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə keçirilən konfransın ikinci günündə İƏT-in təbii fəlakətlər riskinin idarə olunması üzrə regional mərkəzinin direktoru Məcid Həbibi Noxandan “Fəlakət riskinin idarə olunmasında birgə fəaliyyət üzrə perspektivlər”, Türkiyənin Baş Nazirliyi yanında Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Fuat Oktay “Fəlakət riskinin effektiv idarə olunması istiqamətində potensialın inkişaf etdirilməsi və fəlakət riskinin azaldılmasının yerində planlaşdırılması”, Tətbiqi Geoelmlər üzrə Mərkəzi Asiya İnstitutunun direktoru Bolot Moldobekov “Qırğızıstan və transsərhəd ərazilərdə təhlükəli təbii proseslərin monitorinqi”, Zəlzələ Mühəndisliyi və Seysmologiya üzrə Beynəlxalq İnstitutun prezidenti Abbas Əli Tasnimi “Zəlzələ riskinin idarə olunması və tikinti mühiti”, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzinin prezidenti Çanavonqze Krasae “Asiyada zəlzələ riskinin idarə olunmasının inkişaf etdirilməsi”, Asiya Fəlakətlərin Azaldılması Mərkəzinin rəhbəri Maki Yoşida “Asiya regionunda çoxmillətli əməkdaşlıq yolu ilə fəlakət riskinin azaldılmasının təşviqi” mövzusunda məruzə etmişlər.
Sonra konfrans çərçivəsində fəlakət riskinin idarə olunması ilə bağlı müzakirələr təşkil olunmuş, müxtəlif təkliflər irəli sürülmüşdür.
Yekunda konfrans iştirakçıları üçün Qəbələ Mədəniyyət Mərkəzində geniş konsert proqramı təşkil olunmuşdur.Yerli incəsənət ustaları qonaqlar qarşısında  milli folklor nümunələri ilə rəngarəng cıxışlar etmiş, xalq musiqilərini səsləndirmişlər

Keçidlər