Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Qəbələyə gəlmişdir.
İyunun 7-də Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının parlamentlərarası dostluq qrupunun sədri Abdulla bin Məhəmməd əl-Nasirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Fəttah Heydərovla birlikdə Qəbələyə gəlmişlər. Qonaqları Qəbələ Beynəlxalq Hava Limanında rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, başçının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arif Allahverdiyev və başçının müavini aqrar məsələlər şöbəsinin müdiri Rahib Əhmədov qarşılamışlar.
Səfər müddətində nümayəndə heyəti rayonun turizm infrastrukturu, istehsal müəssisələri, tarix-mədəniyyət və müasir memarlıq nümunələri ilə yaxından tanış olmuşlar.