Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Səudiyyə Ərəbistanı nümayəndələrinin Qəbələyə səfəri davam etmisdir.

09 iyun 2014 | 15:00

Rayonumuzda səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentləarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinə, Qəbələ ilə
tanışlıq zamanı rayonda sosial-iqtisadi sahədə görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal
müəssisələri, sənaye və turizm infrastrukturları Qəbələnin iqtisadi inkişaf dinamikasında mühüm rol oynayır. Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində rayonun infrastrukturu və aparılan yenidənqurma işləri ilə də yaxından tanış olmuşlar.  Qonaqlar şəhərdə müasir üslubda inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzinə gəlmişlər. Sonra onlar rayon tarix-diyarşünaslıq muzeyinə baş çəkərək, 900 il Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə ətraflı tanış olmuşlar. Nümayəndə heyətinin üzvləri səfər zamanı Qəbələ şəhər məscidini də ziyarət etmişlər
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində olmuş, ulu öndərin həyatı və
siyasi fəaliyyətinə dair fotoşəkillər və sənədlərlə tanış edilmişlər.

Keçidlər