Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

13 iyun 2014 | 15:00

Heydər Əliyev Mərkəzində 15 iyun “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, idarə, təşkilat və müəssisələrin nümayəndələri iştirak etmişlər. Mərkəzə gələnlər əvvəlcə ümummilli liderin büstü önünə gül dəstələri qoymuşlar.
Rəsmi hissədə mərkəzin direktoru Xəyalə İsayeva tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun gününün tarixi əhəmiyyətinə dair məruzə etmiş, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüşün yarandığını, həmçinin beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğunun başlandığını tədbir iştirakçılarına bildirmişdir. Tədbirdə “Qəbələ” qəzetinin əməkdaşı Qüdrət Səmədov, məşğulluq idarəsinin rəisi Elxan Səlimov çıxış edərək ümummilli liderin ömür yolu barədə xatirələrini danışmış, Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında göstərdiyi misilsiz xidmətlərindən bəhs etmişlər.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş “Ömrün zirvəsinə doğru” filmi nümayiş etdirilmişdir.

Keçidlər