Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş məsələnin icrası ilə bağlı Şura yığıncağı keçirilmişdir.

28 noyabr 2012 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətində “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş məsələnin icrası barədə Şura yığıncağı keçirilmişdir.
Şura iclasına rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd icra nümayəndəlikləri və bələdiyyə sədrləri dəvət olunmuşlar.
Yığıncaqda gündəlikdəki məsələ ilə bağlı rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev məruzə etmişdir. İclasda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Əflatun Rufiyev Əsasnamədə qeyd olunan prioritetləri ətraflı şərh etmiş, dövlət qulluqçularının bununla əlaqədar qarşısına qoyulan vəzifələrin icrası istiqamətində tövsiyələr vermişdir.
Şura iclasında rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektotunun müdiri Varis Yaqubov və rayon statistika idarəsinin rəisi Adil Kərimov çıxış etmişlər.
Sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2013-cü il üçün illik iş planı müzakirə olunmuşdur.
Yığıncağın yekununda Şuranın qərar layihəsi oxunmuş, təklif olunan əlavə və düzəlişlərlə əlaqədar müvafiq qərarın qəbul edilməsi məqbul bilinmişdir.
 

Keçidlər