Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

15 iyun –Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli bayram tədbiri olmuşdur.

15 iyun 2014 | 15:00

Qəbələ Mədəniyyət Mərkəzində 15 iyun –Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştrirakçıları əvvəlcə ümummilli liderin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad etmişlər.
Sonra mədəniyyət mərkəzinin tamaşaçı zalında davam edən təntənəli bayram tədbirini Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışmışdır. Cənab Səbuhi Abdullayev Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə tarixi qayıdışından başlayan Milli Qurtuluş Gününün xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd olunduğunu bildirərək ölkəmizin real faciələrindən, hərtərəfli böhrandan xilası, sabitliyin təmin edilməsi və adamların inamının    özünə qayıtması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin məhz Heydər Əliyev siyasətinin bəhrəsi, qurtuluş məfkurəsinin məntiqi nəticəsi olduğunu vurğulamışdır. O, demişdir ki. 15 iyun təkcə vətəndaşların fəlakətlərdən qurtuluşu günü deyil, həmçinin müstəqilliyimizin, dövlətçiliyimizin, hüquqlarımızın, azadlıqlarımızın, iqtisadiyyatımızın, mədəniyyətimizin qurtuluşudur.
Natiq ümummilli liderimizin qurduğu və bizə miras qoyduğu müstəqil, müasir Azərbaycanın indi möhtərəm Prezidentimiz cənab ilham Əliyevin rəhbərliyi ilə qüdrətli və zəngin bir ölkəyə çevrildiyini söyləmiş və gücümüzün birliyimizdə, ulu ömdərin ideyalarına olan sədaqətimizdə olduğunu diqqətə çatdırmışdır.
Daha sonra tədbirdə şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Tahir Məsimov, incəsənət məktəbinin müəllimi Elnarə Qocayeva və mərkəzi xəstəxananın həkimi Ceyhun Əhmədov çıxış edərək Azərbaycan həqiqətlərinin  dünyaya bəyan edilməsi, ölkənin iqtisadi, sənaye potensialının, neft sektorunun inkişafı, cəmiyyətdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, elmin, mədəniyyətin inkişaf etdirilməsi, həyatımızın bütün sahələrində aparılan islahatların, müstəqil dövlət quruculuğunda  əldə edilən heyrətamiz nailiyyətlərin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmişlər.
Yekunda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filim nümayiş etdirilmişdir.

Keçidlər