Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Cüdo üzrə Qəbələdə turnir keçirilmişdir.

18 iyun 2014 | 15:00

Rayon gənclər və idman idarəsi “Qəbələ İdman Klubu” ilə birlikdə yeniyetmələr arasında 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş cüdo idman növü üzrə açıq rayon turniri keçirmişdir. Turnir 15 iyun 2014-cü il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunmuşdur. Tədbirdə Respublikanın 15 şəhər və rayonundan 17 komanda üzrə 190-dək idmançı iştirak etmişdir.
Yarışın keçirilməsində məqsəd rayonda idmanın kütləviliyinin artırılması, yeniyetmə və gənc idmançılarda yarış təcrübəsinin və ustalığın inkişaf etdirilməsi, cüdo idman növünün yeniyetmələr arasında geniş təbliğ edilməsindən ibarətdir.
Turnirin yekununda medal sayına görə Təhsil-Bakı klubu I yerə, Qəbələ idman klubu II yerə və Zaqatala komandası III yerə layiq görülmüşdür. Hər çəki üzrə qalib gəlmiş (I, II, III yerləri tutmuş) idmançılara diplom və medallar, I yerlərin sahibləribnə kuboklar, komandaların məşqçilərinə isə hədiyyələr təqdim edilmişdir.

Keçidlər