Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qəbələdə bölgə vətəndaşlarını qəbul etmişdir.

21 iyun 2014 | 15:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.
İyunun 20-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov rayonumuzda Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir. Qəbul zamanı müraciətlər əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi və digər məsələlərlə bağlı olmuşdur. Qəbulda 50-yə yaxın vətəndaş iştirak etmişdir.
Komitə sədri qəbula gələn hər bir vətəndaşın müraciətini ayrı-ayrılıqda dinləyərək, qurumun səlahiyyətinə aid məsələlərin həlli üçün struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Müraciətlərdə qaldırılan bir sıra məsələlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapmışdır. Həmçinin vətəndaşlara hüquqi qaydalar izah olunmuş və araşdırma tələb edən müraciətlər nəzarətə götürülmüşdür. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə baxılması və müvafiq tədbirlər görülməsi məqsədilə əlaqədar qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Keçidlər