Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Gənc xilasedici və yanğınsöndürənlərin II Beynəlxalq yarışlarına başlanılmışdır.

24 iyun 2014 | 03:00

Azərbaycan Respublikası  Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, təhsil, gənclər və idman nazirliklərinin dəstəyi ilə iyunun 23-də Qəbələ şəhərində keçirilən “Gənc xilasedici və yanğınsöndürənlərin  II Beynəlxalq yarışı”nın açılış mərasimi olmuşdur.
FHN-nin “N” saylı hərbi hissəsində başlanan tədbirdə nazirliyin fövqəladə halların xəbərdar edilməsi baş idarəsinin rəisi general-mayor Elşad Hüseynov və Qəbələ Rayon Icra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov iştirak etmişlər.
Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, və Gürcüstan respublikalarının təmsil olduğu mərasimdə çıxış edən Elşad Hüseynov bildirmişdir ki, yarışlar gənclərin vətənpərvər ruhda sağlam böyüməsinə, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı onların davranış bacarıqlarına yiyələnməsinə və hazırlıqlarının təkmilləşdirilməsinə, eləcə də insanlara psixoloji dəstək göstərilməsinə xidmət edir.
Natiq vurğulamışdır ki, gənclər arasında həyat təhlükəsizliyi mədəniyyətinin aşılanması istiqamətində fövqəladə hallar nazirliyi tərəfindən xeyli maarifləndirici tədbirlər həyata keçirilir. Altı xarici ölkənin və respublikamızın on altı rayonunun gənclərinin qatıldığı bu beynəlxalq yarış da həmin səpkili tədbirlərdəndir.
Gənc xilasedici və yanğınsöndürənlərin II Beynəlxalq yarışları iyunun 28-də başa çatacaqdır.

Keçidlər