Qəbələ Ağsaqqalları Şamaxıda
22 iyun 2014 | 15:00
Qəbələ Rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə rayon ağsaqqallarının bir qrupunun Şamaxı rayonuna səyahəti təşkil olunmuşdur.
Ağsaqqallar əvvəlcə Nəsrəddin Tusi adına Şamaxı Astorfizika Rəsədxanasına gəlmiş rəsədxanın binası, iş üsulu, teleskopları ilə tanış olmuşlar. Gəzinti zamanı Pirquluda yerləşən rəsədxanın ərazisinin təbii gözəlliyi onlarda dərin təəsürat hissi yaratmışdır.
Sonra ağsaqqallar Şamaxının tarixi yerlərinə baş çəkmiş, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bərpa və təmir edilmiş, yaşı 300 ildən yuxarı olan Şamaxı məscidinin bənzərsiz memarlıq üslubuna tamaşa etmişlər.