“Qəbələ rayon icra hakimiyyəti kuboku” uğrunda kişilər arasında futbol üzrə rayon birinciliyinin final mərhələsi keçirilmişdir.
Qəbələ Olimpiya İdman Kompleksinin stadionunda “Qəbələ rayon icra hakimiyyəti kuboku” uğrunda kişilər arasında futbol üzrə rayon birinciliyinin final mərhələsi keçirilmişdir.
Olimpiya sistemi üzrə keçirilən çempionata rayonun şəhər, qəsəbə və kəndlərindən həmçinin idarə, müəssisə və təşkilatlardan ümumilikdə 22 komanda qatılmışdır.
Final mərhələsində rayonun Şamlı kənd inzibati ərazi dairəsinin komandası və Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin komandası qarşılaşmışlar.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin komandası 3:1 hesabı ilə rayonun Şamlı kənd inzibati ərazi dairəsinin komandasına qalib gəlmişlər. Qalib komandaya rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən kubok təqdim olunmuş, komandanın üzvlərinə diplomlar verilmişdir.