Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Hekayəti xırs quldurbasan” komediyası nümayiş olunmuşdur.

03 iyul 2014 | 07:00

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il tarixli Sərəncamına və 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq  Gənc  Tamaşacılar  Teatrının yaradıcı kollektivi bölgələrə  yaşayan tamaşaçılar qarşısında öz çıxışlarını nümayiş etdirirlər.
Belə çıxışlardan biri Qəbələ şəhərində, Qəbələ Mədəniyyət Mərkəzinin tamaşaçı zalında teatrsevənlərə təqdim olunmuşdur.
Qurluşcu rejissoru  xalq artisti Cənnət Səlimova, qurluşcu rəssamı Tahir Tahirov,  bəstəkar Firidun Allahverdi olan, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun “Hekayəti xırs quldurbasan” komediyasını aktyorlardan Şövqi  Hüseynov, Natiq Fərzəliyev,  Elnur Kərimov və Seyidşah Məmmədov tamaşaçılar qarşısında böyük bacarıqla nümayiş etdirmişlər.
Yaradıcı heyətin çıxışı qəbələlilər tərəfindən yüksək alqışlarla qarşılanmışdır.

Keçidlər