Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə rayonunda qanvermə aksiyası keçirilib.

04 iyul 2014 | 03:00

“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq, Qəbələ rayonunda növbəti qanvermə aksiyası keçirilib. B.Eyvazov adına Respublika Hematologiya və Transfuziologiya İnstitutunun dəstəyi, Qəbələ rayon icra hakimiyyətinin və Qəbələ Rayon Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasına rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları və eləcə də şəhər sakinlərindən ümumilikdə 200 nəfərdən yuxarı könüllülər həvəslə qoşulublar. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbirdə Mərkəzi Qan Bankının əməkdaşları ilk öncə qan vermək istəyən vətəndaşları müayinə ediblər.
Aksiya iştirakçısından tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaqdır.

Keçidlər