Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qəbələ rayonunda vətəndaşları qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
İyulun 4-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Qəbələ şəhərində, Qəbələ Mədəniyyət Mərkəzinin akt zalında Qəbələ rayonu ilə yanaşı, Qobustan, Ağsu, İsmayıllı və Şamaxı, və rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Səyyar qəbul zamanı DTXK-nın sədri Qərib Məmmədov hər bir vətəndaşı diqqətlə dinləmiş və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıq vermişdir.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunmuş, DTXK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq orqanlara çatdırılmaq üçün nəzarətə götürülmüşdür.