Rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbulu keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin rayonun Topbağ kənd sakinləri ilə görüş-qəbulu keçirilmişdir. Görüşdə idarə, təşkilat, müəssisələrin və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Ölkə başçısının qayğısı və rəhbərliyi ilə respublikaının hər yerində, eləcə də Qəbələ rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf barədə kənd sakinlərinə ətraflı məlumat verən cənab Səbuhi Abdullayev görülən bütün işlərin insan kapitalına xidmət etdiyini diqqətə çatdırmışdır. Görüş-qəbulda çıxış edən kənd inzibati ərazi nümayəndəsi Rasim Ağayev kəndin sosial-iqtisadi vəziyyəti barədə məlumat vermişdir.
Bildirilmişdir ki, ərazidə 120 ailə təsərrüfatında 560 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik, meyvəçilik, heyvandarlıq və bağçılıq təşkil edir. Kənd sakinlərdən İradə Şirinova və Fənarə Alışanova çıxış edərək, kənddə yaraşıqlı, müasir tələblərə cavab verən məktəb binasının və tibb məntəqəsinin tikintisinə görə öz minnətdarlıqlarını ifadə etmişlər. Səyyar qəbulda kənd sakinləri adından çıxış edən Qüdrət Məmmədov əraziyə qaz xəttinin çəkilməsini və kənd arası yolların təmir edilməsinin vacibliyini bildirərək köməklik edilməsini xahiş etdi. Görüş-qəbulda vətəndaşları narahat edən məsələlərlə əlaqədar müvafiq təşkilatların rəhbərlərinə rayon icra hakimiyyəti başçısı tərəfindən zəruri tapşırıqlar verildi.
Qəbul iştirakçılarının diqqətinə çatdırılmışdır ki, regionların sosial-İqtisadi inkişafı Dövlət Proqramın uyğun olaraq bütün respublikamızda olduğu kimi, rayonumuzun şəhər, qəsəbə və kəndlərində məqsədyönlü şəkildə mühüm işlər görülür. Qeyd olunmuşdur ki, bütün bu işlər tam olaraq əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Uğurlu inkişaf bundan sonra da davam edəcəkdir.
Səyyar qəbulda kənd sakinləri qarşılaşdıqları məsələlərin həlli istiqamətində RİH başçısı tərəfindən verilən tapşırıqlara görə razılıqlarını ifadə etmişlər.
Görüş-qəbulda Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak etmişdir.