Daşqınlara Qarşı İcma Əsaslı Erkən Xəbərdarlıq Sistemi üzrə Təlim öz işinə başlamışdır.
Daşqınlara qarşı icma əsaslı erkən xəbərdalıq sistemlərini gücləndirmək üçün yerli tərəfdaşlara iki günlük təlim bugün Qəbələ şəhərində, “Qafqaz Sport hotel” in konfrans zalında öz işinə başlamışdır.
“Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində keçirilən təlim yerli tərəfdaşlarla birlikdə, layihə heyəti, milli və beynəlxalq ekspertlər və zəif dağ icmalarından olan nümayəndələr də daxil olmaqla bir çox iştirakçıları bir araya gətirmişdir.
Tədbirdə BMT-nin İnkişaf Proqramının Layihələr üzrə Meneceri cənab Məzahir Əfəndiyev seminarı açıq elan edərək, layihənin məqsədləri və gözlənilən əsas nəticələr haqqında iştirakçılara qısa məlumat verdi. Daha sonra, daşqınlara qarşı erkən xəbərdarlıq qabiliyyətinin gücləndirilməsi üçün iştirakçılar xəbərdarlıq sisteminin tərkib hissələri olan risklər üzrə bilik, monitorinq və xəbərdarlıq, rabitə və məlumatın ötürülməsi və cavab bacarığı haqqında qrup müzakirələri keçirildi.
Seminarda həmçinin Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən nümayəndələr, eləcə də bir sıra yerli və xarici ekspertlər iştirak etmişlər.