Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 2014-cü ilin birinci yarısınının sosial-iqtisadi inkişafının yekunlarına dair geniş hesabat yığıncağı keçirilmişdir.

19 iyul 2014 | 03:00

Qəbələ rayon icra hakimiyyətinin akt zalında Qəbələ rayonunda 2014-cü ilin I yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə dair geniş hesabat yığıncağı keçirilmişdir. Müşavirədə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli inzibati ərazi nümayəndələri, bələdiyyələr, sahibkarlar və qeyri hökümət təşkilatlarının rəhbərlərinin iştirakı təmin olunmuşdur. Müşavirəni açıq elan edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev hesabat məruzəsində 2014-cü ilin I yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən söz açmışdır.
Diqqətə çatdırılmışdır ki, 2014-cü ilin altı ayı ərzində sosial-iqtisadi sahədə Qəbələ rayonunda da işlər uğurla davam etdirilmişdir.
Bildirilmişdir  ki, rayonun istimai həyatında baş verən əsas əlamətdar hadisə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ilin yanvar ayının 3-də Qəbələyə gəlişi və “Tufan” Dağ-Xizək Yay-qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışında iştirak etməsidir. Ölkə başçısının rayonumuza olan səfərləri hər bir qəbələlidə fərəh hissi yaradır, qurub-yaratmaq əzmini daha da artırır. 
Qeyd olunmuşdur ki, ötən müddət ərzində rayonumuzda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə  129.125 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə (126.519 min manat) nisbətən 2.606 min manat, yaxud  2 % çox olmuşdur. Cari ilin birinci yarısında keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 130 min manat, yaxud 1,7%, kənd təsərrüfatında 5 min manat, yaxud 0,02 %,  tikintidə 2.128 min  manat, yaxud 2,5 %, nəqliyyatda 32 min manat, yaxud 2,0 %, rabitədə 83 min manat, yaxud 20 %,  ticarətdə 228 min manat, yaxud 1,4 % artmışdır. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1.282 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən (1.278 manat) 4 manat, yaxud 0,3 % çox olmuşdur. Rayonda sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 60,7 % təşkil etmişdir.
Bildirilmişdir ki, 2003-cü ilin oktyabr ayından 01.07.2014-cü ilədək rayonda  12.245 yeni iş yeri açılmışdır ki,  bunlardan 10.197-i daimi iş yeridir. 6 ayda açılmış yeni iş yerlərinin sayı 442 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 86.254 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 84.080 min manat təşkil etmişdir. Əvvəlki  illə (81.952 min manat) müqayisədə əsas  kapitala  yönəlmiş  investisiyanın  həcmi    4.302 min manat,  yaxud  5,2 % artmışdır.
Rayonun yerli gəlirləri 2014-cü ilin birinci yarısında  4.646,9 min manat proqnoza qarşı 5.019,2 min manat (108%) və ya 372,3  min manat çox, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 4.817,2 min manat dürüstləşdirilmiş proqnoza qarşı 4.950,0 min manat (103%) və ya 132,8 min manat çox, yerli xərcləri dürüstləşdirilmiş 9.464,1 min manat proqnoza qarşı  9.710,7 min manat (103%) və ya 246,6 min manat çox icra olunmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan hökuməti və Dünya bankının maliyyə dəstəyi  əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər tamamlanmış, 2-ci mərhələ üzrə tikinti işləri davam etdirilmişdir. Rayonun “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı  və  kanalizasiya xətlərində müxtəlif diametrli  borular dəyişdirilmiş, təmir-bərpa işləri aparılmışdır. 
Bildirilmişdir ki, 2014 –cü ilin ikinci yarısında “Mirzəbəyli - Çuxur Qəbələ - Dizaxlı - Çarxana avtomobil yolunun əsaslı təmiri”, Daxili İşlər Nazirliyi Daxili Qoşunların   N saylı alayı, Cipsi istehsalı müəssisəsi, Limonad istehsalı müəssisəsi, Kartof soyuducu anbarı, Çuxur Qəbələ kəndində “Çuxur Qəbələ Arxeleoji Araşdırmaların Tədqiqat Mərkəzi” obyektlərində tikinti işləri başa çatdırılmış və Qəbələ şəhər 5 saylı tam orta məktəb binası, YAP Qəbələ rayon şöbəsinin inzibati binası, “Qafqaz Thermal Hotel” binası, Bum qəsəbəsində “Stend və ox atıcılığı “ kompleksi, Yengicə kəndində 80 şagird yerlik ümumi orta məktəb binası və Ziring kəndində 220 şagird yerlik ümumi orta məktəb binası obyektlərində son tamamlanma işləri aparılır.Qeyd olunmuşdur ki. hazırda Qəbələ Futbol Akademiyası və Stadionlar kompleksi, Dəmiraparan çayı üzərində 10 aşırımlı 324 p.metr uzunluqda dəmir – beton körpü, “Aquapark” istirahət kompleksi, “Qolf klub” kompleksi, “Tufandağ” dağ xizək yay-qış istirahət kompleksi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası, yeni 3 ulduzlu otel binası, rayon məhkəməsinin inzibati binası, Savalan kəndində “Raftinq Mərkəzi”, “Laza” sərhəd zastavası, Nohur gölü ərazisində müalicəvi sanatoriya obyektlərində tikinti quraşdırma işləri davam etdirilir.
RİH başçısı qeyd etmişdir ki,  2014-cü ildə Qəbələ Peşə Məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxanası kompleksinin, Xarici Dillər Universtetinin Qəbələ Filialının, Gömrük Akademiyasının, Turizm Akademiyası, “ASAN” xidməti Qəbələ rayon filialının inzibati binasının, 37 hektar ərazidə yeni şəhərciyin, Yengicə su anbarının, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırılığı Cəmiyyəti” MMC-nin Qəbələ Rayon Şöbəsinin inzibati binasının, Soltannuxa kəndində 35/10 kv-luq və Qəbələ şəhərində 220/110/10 kv-luq elektrik yarımstansiyalarının, Qəbələ şəhərində 2 ədəd 100 yerlik uşaq bağçası  və rayon prokurorluğunun inzibati binası obyektlərinin tikintisinə başlanılması nəzərdə tutulmuşdur. 2014-cü ilin birinci yarımilliyi ərzind informasiya kommunikasiya texnologiyaları şəbəkələrinin genişləndirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Rayon icra hakimiyyətində müasir informasiya texnologiyalarından istifadə olunmasının zəruriliyi nəzərə alınaraq, vətəndaşların müraciətlərinə baxılmasının operativliyini təmin etmək məqsədi ilə elektron poçtların fəaliyyət mexanizmi təkmilləşdirilmiş,  həmçinin sənədlərin elektron dövriyyəsi sistemi də yaradılmışdır. Vətəndaşlar tərəfindən  elektron ünvanlara göndərilən ərizə və şikayətlər dərhal araşdırılaraq, onlar barədə müvafiq tədbirlər görülür. 
Cari ilin altı ayı ərzində rayon icra hakimiyyətində  rayon icra hakimiyyətində başçı tərəfindən 372 nəfər vətəndaş qəbul edilərək dinlənilmiş, qəbul zamanı səslənən məsələlərin çox hissəsi yerində araşdırılaraq həll edilmiş, icrası vaxt tələb edən məsələlər isə aidiyyəti üzrə tapşırılmışdır.
2014-cü ilin birinci yarısında yaşayış mənqətələri üzrə rayon icra hakimiyyəti başçısının 20 səyyar görüş-qəbulu keçirilmiş, qəbullarda 2865 nəfər vətəndaş iştirak etmişdir. Qəbullarda 173 nəfər çıxış edərək müxtəlif səpkili təkliflər irəli sürmüşdür.  İrəli sürülən tələblərin və müraciətlərin 145-i həll edilmiş, 12-si ilə bağlı müvafiq izahat verilmiş, 16 məsələnin həlli isə respublikanın digər aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin müraciətlərlə əlaqədar onların qarşısında məsələlər qaldırılmışdır.
Hesabat yığıncağında  rayon icra hakimiyyəti başçısısn müavini- aqrar məsələlər şöbəsinin müdiri Rahib Əhmədov, Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Təranə Səlimova, Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru  Arzu Hacıyev çıxış edərək təmsil etdikləri sahədə görülmüş işlər barədə məlumat vermişlər.
Sonda rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev  “Dövlət qulluqçularının peşə bayramı” ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 iyun 2014-cü il tarixdə  580 nömrəli imzaladığı  sərəncama əsasən rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu bildirmiş və həmin mükafatın təntənəli təqdimatı keçirilmişdir.
Yekunda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev idarə, təşkilat və müəssisə rəhbərlərinə cari tapşırıqlarını və tövsiyələrini vermişdir.

Keçidlər