Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Ümummilli lider Heydər Əliyevin xatirə günü keçirilmişdir.

13 dekabr 2012 | 16:00

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin xüsusi tədbirlər planına uyğun olaraq dekabrın 12-də Qəbələdə ulu öndərin anım günü keçirilmişdir.
Tədbirdə rayon ictimaiyyəti, ayrı-ayrı əmək kollektivləri, məktəblilər və gənclər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, böyük öndərin işıqlı xatirəsini dərin ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər. Mərkəzi ziyarət edənlər ümimmilli liderin həyat və fəaliyyətini əks etdirən sərgi və guşələrlə tanış olmuş, ulu öndərin zəngin həyat yolu barədə ətraflı məlumat əldə etmişlər.
Xatirə günü Heydər Əliyev Mərkəzində keçirilən “Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, onun müstəqil Azərbaycanın qurulmasında inkişafındakı rolu” mövzusunda elmi praktik konfransla davam etdirilmişdir.
Yekunda ulu öndərin həyat və fəaliyyətinin maraqlı anlarını işıqlandıran film nümayiş olunmuşdur.
Xatirə günü çərçivəsində ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda, mədəni-maarif ocaqlarında ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfranslar keçirilmiş, sərgilər, inşa yazı, şeir müsabiqələri və idman yarışları təşkil olunmuşdur.
 

Keçidlər