Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Haydrun Tempel Qəbələ rayonuna səfər etmişdir.

27 iyul 2014 | 03:00

VI Qəbələ Beynəlxalq Musiqi Festivalını izləmək üçün Qəbələ rayonuna səfər edən Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Haydrun Tempel səfər çərçivəsində rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abudllayevlə görüşmüşdür.
Rayon icra hakimiyyətinin inzibati binasında qarşılanan səlahiyyətli səfirə rayon icra hakimiyyətinin başçısı tərəfindən regionun iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, füsunkar və ecazkar təbiətə malik olan bu gözəl diyar beynəlxalq və iri miqyaslı tədbirlərə ev sahibliyi edir. Bölgənin geniş turizm imkanları olduğunu diqqətə çatdıran cənab Səbuhi Abdullayev respublikamızda turizm infrastruktunda yüksək nəticələr əldə olunmasında Qəbələ rayonunun xüsusi yeri olduğunu diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, turizm sektoru ilə yanaşı  rayonda yaradılan yeni istehsal müəssisələri də rayonunun iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır.
Ölkəmizin sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğunu qeyd edən səfir Haydrun Tempel bölgələrin güclənən iqtiisadiyyatı və zəngin mədəniyyəti ilə Avropa iqtisadiyyatı və mədəniyyətinə uğurlu inteqrasiyasından söz açmışdır.
Qarşılıqlı əməkdaşlığın mühüm rol oynadığını bildirən diplomat tərəflər arasında təcrübə mübadiləsinin təmin edilməsində səfirliyin hər zaman hazır olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmış, turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.
Sonda xanım Haydrun Tempel qonaqpərvərliyə, ona göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər