Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində möhtəşəm kamera musiqisi axşamı alqışlarla qarşılanıb.

28 iyul 2014 | 03:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VI Qəbələdə Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
Böyük musiqi bayramı günlərində dünya şöhrətli ifaçıların bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalın qonaqlarının da böyük marağına səbəb olur. Dünyanın müxtəlif ölkələrindən musiqisevərlər klassik musiqinin mərkəzinə çevrilən Qəbələyə axışırlar.
Festivalın proqramına uyğun olaraq  kamera musiqisi axşamında “Kiyev solistləri” Milli Kamera ansamblı çıxış etdi. Konsertdə Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonskinin, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı gənc pianoçu xanım Tatyana Şafranın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Konsertdə klassik Avropa bəstəkarları İohan Sebastian Baxın “Alegro”, “Adagio sempre”, Feliks Mendelsonun simli orkestr üçün simfoniya və digərlərinin əsərlərindən parçalar təqdim edildi.
“Kiyev solistləri” Milli Kamera ansamblının musiqi rəhbəri Dmitri Yablonski, bədii rəhbəri Natali Duşenkodur.  Daha sonra festivalın proqramına uyğun olaraq musiqisevərlər Yohannesburq Filarmonik Orkestrinin konsertini izləyiblər.
Acıq hava şəraitində təşkil olunan konsert proqramında Azərbaycanın Xalq Artisti, Prezident mükafatçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun rəhbərliyi ilə keçirilən konsertdə tanınmış Rusiya bəstəkarları P.İ.Çaykovskinin “İtalyan kapruççiosu”, Sergey Raxmaninovun “Paqanini mövzusuna variasiyalar” və digərlərinin əsərlərindən parçalar  musiqisevənlərə təqdim edildi.
Xalq Artisti, tanınmış pianoçu Yeganə Axundovanın əsrarəngiz ifası tamaşaçılara unudulmaz anlar bəxş etdi.
Çıxışlar yerli və xarici ölkələrdən gəlmiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Keçidlər