Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Mübariz tək mübariz olaq” mövzusunda inşa yazı müsabiqəsi

15 dekabr 2012 | 16:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qəbələ rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında “Mübariz tək mübariz olaq” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun orta ümumtəhsil məktəblərindən 40-dək yeniyetmə qatılmışdır.
14 dekabr 2012-ci il tarixdə rayon İcra Hakimiyyətində müsabiqənin yekunu və mükafatlanma mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov açaraq müsabiqənin keçirilməsinin məqsəd və vəzifələri haqqında məlumat verərək bildirmişdir ki, inşa müsabiqəsinin keçirilməsində məqsəd gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunması, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi və torpaq uğrunda canlarından keçən vətən oğullarının xatirəsini yaşatmaqdan ibarətdir. Daha sonra Təhsil şöbəsi metod kabinetin rəhbəri Arifə Bayramova və rayon İcra Hakimiyyətinin nümayəndəsi Tural Bağırov çıxış edərək müsabiqənin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirmişlər. Dızaxlı kənd tam orta məktəbin müəllimi Novruz Babayev, Zalam kənd tam orta məktəbin direktoru Ülfət Qəribov, Əmirvan kənd tam orta məktəbin direktoru Novruz Babayev və müsabiqənin qaliblərindən Nərmin Seytənmədli çıxış edərək müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışdılar.
İnşa yazı müsabiqəsinin yekunlarına əsasən Əmirvan kənd tam orta məktəbin X sinif şagirdi Zəkəriyyəyeva Nəzrin Arzu qızı I yer, Zalam kənd tam orta məktəbin X sinif şagirdi Seytənmədli Nərmin Çingiz qızı və Aydınqışlaq kənd tam orta məktəbin X sinif şagirdi Əzizli Samirə Arif qızı II yer, Böyük Piəlli kənd tam orta məktəbin XI sinif şagirdi Əhmədova Aysel Süleyman qızı, Dızaxlı kənd tam orta məktəbin XI sinif şagirdi Camalova Gülnurə Ziyafəddin qızı və Bunud kənd tam orta məktəbin X sinif şagirdi Yaqublu Şəhanə Həbib qızı III yerə layiq görülmüşlər. Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
 

Keçidlər