Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

VI Qəbələdə Beynəlxalq Musiqi Festivalının unudulmaz yekun çıxış proqramı tamaşaçılara xoş anlar bəxş etdi.

02 avqust 2014 | 03:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələdə Beynəlxalq Musiqi Festivalı artıq sona çatmışdır.
Möhtəşəm festivalın proqramına uyğun olaraq avqustun 1-də Qəbələ şəhərindəki “Qafqaz Resort” hotelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Avropa bəstəkarlarının əsərləri səsləndirildi.
Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, skripka ifaçısı Janna Qandelman, VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski, tanınmış klarnet ifaçısı Yulian Milkis, “Denis Sunqo” şirkətinin yaradıcısı və prezidenti, gitara ifaçısı koreyalı musiqiçi Denis Sunqonun ifasında səslənən Falya, Piazolla, Brams və digər bəstəkarların əsərləri tamaşaçılara xoş anlar bəxş etdi. 
Daha sonra VI Qəbələ Beynəlxalq Festivalının açıq havada keçirilən sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestrinin “Viva opera” adlı maraqlı konsert proqramı təqdim edildi.
Prezident mükafatçısı, Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə baş tutan konsertdə vokalçılar – Xalq Artisti Əli Əsgərov, əməkdar artistlər Fəridə Məmmədova, Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Gülnaz İsmayılova, istedadlı ifaçılar Azər Rzazadə, Yusif Eyvazov çıxış etdilər.
Konsertdə Pyotr Çaykovskinin, Nikolay Rimsi-Korsakovun, Alfredo Katalaninin, Qaytanı Donisettinin , Coakkino Rossininin, Cakomo Puçininin, Cüzeppe Verdinin, Çarlz Qunonun , Pyetro Masnkaninin operalarından ariya və romanslar, eləcə də Müslüm Maqomayevin “Azərbaycan” və digər bəstəkarların əsərləri səsləndirildi.
Festivalın yekun konserti yerli əhali və xarici ölkələrdən gəlmiş turistlər tərəfindən sürəkli alqışlarla qarşılandı.
Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. On gün davam edən festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Tədbir həm də Azərbaycan qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilib. Musiqi bayramı yerli və xarici tamaşaçılara unudulmaz anlar bəxş etdi.

Keçidlər