Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Qəbələdə.

03 avqust 2014 | 03:00

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Qəbələ rayonunda olmuşlar.
“Qafqaz Yeddi Gözəl” hotelində yüksək səviyyədə qarşılanan və yerləşdirilən Quba rayonundan olan şagirdlər proqrama uyğun olaraq rayonun tarixi-mədəni abidələri, turizm obyektləri və muzeyləri ilə tanış olmuşlar.
Tur-aksiyada iştirak edən şagirdlər səyahət zamanı şəhər və rayonlarımız barədə eşitdikləri və kitablardan oxuduqları məlumatlarla, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanları ilə əyani şəkildə tanış olmuşlar. 
İlk öncə məktəblilər rayon tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə etmişlər.
Məlumat verilmişdir ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Qubalı şagirdlər Qəbələ şəhər məscidinə də baxış keçirmişlər.
Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olmuşlar.
Rayonun istehsal müəssisələrinə baxış keçirən tur iştirakçıları “Beltmann” piano fabrikində istehsal prosesini yaxından izləmişlər. Aksiya iştirakçılarının diqqətinə çatdırılmışdır ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur.
Turizm sektoru ilə maraqlanan məktəblilərə “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki,  tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərir.
Daha sonra  Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxdılar. Diqətə çatdırıldı ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir.
Qubalı şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, Sonda tur iştirakçıları “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olmuşlar.

Keçidlər