Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən layihə çərçivəsində Qobustan və Hacıqabul rayonlarından olan şagirdlər Qəbələ rayonunda olmuşlar.

13 avqust 2014 | 03:00

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Respublika ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən layihə çərçivəsində Qobustan və Hacıqabul rayonlarından olan şagirdlər Qəbələ rayonuna gəlmişlər.
“Qafqaz Yeddi Gözəl hotel”ində yüksək səviyyədə qarşılanan və yerləşdirilən şagirdlər layihənin proqramına uyğun  olaraq rayonun tarixi-mədəni abidələri olan Çuxur Qəbələ kəndindəki Qəbələ Dövlət Tarix Bədii qoruğuna və Nic qəsəbəsində yerləşən “Cotari” Alban kilsəsinə baxış keçirmişlər.
Sonra yuxarı sinif şagirdləri Qəbələ Tarix Diyarşünaslıq muzeyində qorunub saxlanılan rayonun zəngin və çox əsrlik tarixini əks etdirən eksponatlarla yaxından tanış olmuşlar.
Tur iştirakçıları Heydər Əliyev Mərkəzini də ziyarət etmişlər. Mərkəzdə layihə iştirakçılarına dahi şəxsiyyətin həyat fəaliyyəti barədə geniş məlumat verilmişdir. Qəbələ rayonu ilə yaxından tanış olan məktəblilər ölkə başçısı cənab İlham Əliyev tərəfindən 28 fevral  2013-cü il tarixdə açılışı olan  Qəbələ şəhər məscidinə də olmuşlar.
Daha sonra rayonun istehsal müəssisələrindən  “Beltmann” piano fabrikində istehsal prosesini yaxından izləyən  tur iştirakçıları müəssisənin fəaliyyəti ilə maraqlanmışlar. Diqqətə çatdırılmışdır ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur.
Turizm sektoruna maraq göstərən məktəblilər “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində, beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” hotelləridə, “Fitnes” istirahət-sağlamlıq mərkəzində olmuş, onlara rayonda yaradılan müasir turizm infrastruktu, bölgənin füsunkar təbiəti haqqında  ətraflı məlumatlar verilmişdir.

Keçidlər