Qəbələ Turizm və Otelçilik Üzrə Peşə Tədrisi Mərkəzində məzunlara diplomlarının təqdimetmə mərasimi keçirilmişdir.
Qəbələ Turizm və Otelçilik Üzrə Peşə Tədrisi Mərkəzində 2013-2014-сi tədris ilinin məzunlarına diplomların təqdimetmə mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən mərkəzin direktoru Eyvaz Kazımov məlumat verərək qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda turizmin inkişafı ilə bağlı görülmüş işlər və qazanılan nəaliyyətlər bu gün Azərbaycanın tanınmasında xüsusi əhəmiyyət kəsb edir.
Bildirilmişdir ki, 2013-2014-ci il tədris illəri ərzində mərkəzi 151 nəfər məzun bitirmiş, onlardan 42 nəfəri ümumi orta təhsil bazasından, 109 nəfəri isə tam orta təhsil bazasından öz təhsillərinə yiyələnmişlər. Diqqətə çatdırılmışdır ki, tədris müəssisəsinin məzunlarının diplomları ölkəmizin turizm müəssisələrində tanınır və onlara ixtisasları üzrə işə qəbul olunmaları üçün müvafiq köməkliklər göstərilir.
Tədbirdə iştirak edən edən rayon icra hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev məzunları təbrik edərərək, dövlət başçısı cənab İlham Əliyevin gənclərə olan böyük diqqət və qayğısından, onların məşğulluğunun təmin edilməsi həmçinin peşə yönümü istiqamətində aparılan uğurlu islahatlardan söz açmışdır.
Təqdimat mərasimində iştirak edən Tədris Mərkəzinin Dövlət buraxılış ixtisas imtahan komissiyasının sədri Ali Çaylak çıxış edərək təhsilini uğurla başa vuran məzunları təbrik etmiş onlara ən xoş arzularını diləmişdir. O, Peşə Tədris Mərkəzinin məzunlarının Qəbələnin turizm infrastrukturunun inkişafına layiqli töhvələr verəcəyinə əminliyini vurğulamışdır. Tədbirdə çıxış edən mərkəzin müəllimləri və valideynlər peşə təhsilinə göstərilən dövlət qayğısından söz açmış, gənclərin bu sahəyə böyük maraq göstərdiklərini qeyd etmişlər.
Çıxış edən məzunlar da onlara yaradılan şəraitə görə öz minnətdarlıqlarını ifadə etmiş, müəllimlərinin və valideynlərinin etimadını doğruldacaqlarına söz vermişlər.