“ASAN xidmət” Qəbələdə.
16 avqust 2014 | 03:00
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda səyyar “Mobil ASAN” xidmətlər həyata keçirilir. Bununla əlaqədar mövcud qrafikə uyğun olaraq xidmətin müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi səyyar qrupu Qəbələyə gəlmişdir. Qrup avqustun 17-dək Qəbələ və Oğuz rayonlarının sakinlərinə “Mobil ASAN” xidməti göstərəcəkdir.