Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə kitabsevər gənclərin görüşü təşkil edilmişdir

21 avqust 2014 | 03:00

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 20 avqust 2014-cü il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində Şəki Gənc Kitabsevərlər Klubunun üzvləri ilə Qəbələ rayonunun kitabsevər gənclərinin görüşü təşkil edilmişdir. Görüşdə məqsəd gəncləri maraqlandıran bədii əsərlərin müzakirəsini keçirmək, onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, kitabsevərlərlə yerli şair və yazıçıların görüşlərini təşkil etmək, eləcə də bu iki rayonda yaşayan və təhsil alan gənclər arasında dostluq və mədəni əlaqələr yaratmaqdır.

Keçidlər