Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə antik dövrə aid yeni unikal abidə aşkarlanmışdır.

22 avqust 2014 | 03:00

Qədim Qəbələ ərazisində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri zamanı  AMEA-nın  Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları rayonun Soltannuxa kəndi ərazisində antik dövrə aid maddi-mədəniyyət nümunələri aşkar etmişlər. Abidənin ən azı 1800-1900 yaşı olduğu güman edilir. İlkin tdqiqat işləri zamanı ərazidən zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilən qədim 7 məzar  aşkarlanmışdır.
Diqqət çəkən məqamlardan biri ölmüş insanın bükülü vəziyyətdə məzara qoyularaq ətrafına 40 ədəd saxsı qabların düzülməsidir. Qablarla yanaşı, qəbirə dörd bütöv qoç fiqurları da qoyulmuşdur. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri tapılmışdır. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunmuşdur. Arxeoloqların ehtimalına görə, bu, varlı təbəqəni təmsil edən mərhumun xidmətçisinin skeletidir. Aparılan arxeoloji tədqiqatlar zamanı aşkar edilən arxeologiya nümunələrinin Qəbələ Dövlət Tarix Bədii Qoruğunun muzeyində nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər