Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi layihəsi” başlığı altında seminar-müşavirə keçirilmişdir

27 dekabr 2012 | 16:00

Qəbələ şəhərində, “Qafqaz Sport” hoteldə “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi üzrə regionda yerləşən İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının icra hakimiyyətlərinin məsul işçilərinin, yerli icra nümayəndəliklərinin və bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Tədbiri açan BMT-nin İnkişaf Proqramlarının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev qeyd etmişdir ki, son dövrlər baş verən iqlim dəyişikliyi nəticəsində daşqınlar və su çatışmamazlığı Azərbaycanın bir çox icmaları, xüsusilə də dağ ərazilərində yaşayan icmalar üçün əsl təhlükə mənbəyinə çevrilmişdir.
Artan təhlükələrin qarşısını almaq, eyni zamanda icmaların daşqınlara, su çatışmamazlılığına davamlılığını gücləndirmək üçün iqlim dəyişikliyinin təsirlərinə proaktiv uyğunlaşma zəruridir. Bu səbəbdən BMT-nin İnkişaf Proqramı Fövqəladə Hallar Nazirliyi ilə birgə “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsini uğurla həyata keçirilməkdədir. Qeyd olunmuşdur ki, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirmək, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmamazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaq layihənin əsas istiqamətlərindən sayılır.
Layihənin fəaliyyətinin əsas istiqamətləri, habelə iqlim dəyişikliyi şəraitində sel və daşqınlar, quraqlıq riskləri, içməli su problemləri ilə bağlı ilkin məlumatların aidiyyatı dövlət strukturlarının və geniş ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə regionda maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov qonaqları və seminar iştirakçılarını salamlayaraq layihənin məhz bu bölgədə həyata keçiriləcəyinə görə təşkilatçılara minnətdarlığını ifadə etdi.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Fərid Abbasov, FHN Su Ehtiyyatları Dövlət Agentliyinin nümayəndəsi Şafiq Babayev, ekspert Rövşən Abbasov, “ASPİ” QTSC-nin eksperti İslam Məmmədov, Təbii fəlakətlər üzrə ekspert İbrahim Məmmədzadə “Zəif dağ icmalarında sel-daşqın və quraqlıq risklərinin azaldılması”, “Böyük Qafqaz regionunda dağ icmalarının daşqınların təsirinin azaldılması məqsədilə maarifləndirmə istiqamətləri” və “Dağ çaylarında daşqınlarının” riskini idarə edilməsi və yerli icmaların iştirakı üçün yanaşmalar mövzularında çıxışlar etdilər.
Seminar-müşavirədə regiondakı mövcud vəziyyət geniş müzakirə olundu, bu istiqamətdə məsləhətləşmələr aparıldı, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
 

Keçidlər