Qəbələnin incəsənət işçiləri Dağıstan Respublikasında keçirilən festivalda iştirak etmişlər
Avqustun 14-16-dək Dağıstan Respublikasında ənənəvi“Tsamauri” II Beynəlxalq Mədəniyyət Festivalı keçirilmişdir.
Festivalda Dağıstanın, Çeçenistanın, İnquşetiyanın, Stavropol diyarının və Azərbaycanın yaradıcı kollektivləri, xalq mahnılarının ifaçıları, dekorativ tətbiqi-sənət ustaları iştirak etmişlər. Tədibirin keçirilməsində məqsəd Rusiya, Azərbaycan və Dağıstan xalqlarının çoxsahəli mədəniyyətinin birgə inkişaf etdirilməsi, xalqlararası dostluğun, sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsidir.
Bu möhtəşəm tədbirə Azərbaycandan Qəbələ rayonunun mədəniyyət işçiləri dəvət olunmuşdur. Həmyerlilərimizin ifa etdikləri milli xalq musiqiləri dağıstanlı tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır. Geniş proqram əcasında keçirilən festivalda folklor, konsert və musiqi təqdimatları ilə yanaşı kütləvi idman yarışları və əyləncəli tədbirlər də təşkil olunmuşdur. Musabiqələrin və yarışların qalibləri diplomlarla təltif edilmiş, hədiyyələrlə mükafatlandırılmışlar.