“Ölkəmizi tanıyaq” tur-aksiyası davam edir.
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikada IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası davam edir. Artıq dünənədək Quba, Hacıqabul, Qobustan, Sabirabad, Saatlı, Beyləqan, İmişli, Ağcəbədi, Zərdab, Kürdəmir, Tərtər rayonlarının məktəbliləri ölkəmizin qədim tarixi məkanı olan Qəbələdə olmuşlar. Avqustun 25-dən İsmayıllı-Qəbələ-Şəki marşurutu ilə hərəkət edən Naftalan şəhər və Bərdə rayonunun məktəbliləri bir gün sonra Qəbələyə gəlmişlər.
İlk sayahət “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başlamışdır. Onlar Qəbələnin bu gözəl guşəsi və turizmin inkişafı ilə bağlı görülən işlərlə tanışdıqdan sonra rayonun tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, şəhər cümə məscidi, 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş, Çuxur Qəbələ kəndi ərazisində yerləşən qədim şəhərinin qalıqları, burada aparılan qazıntı işləri ilə tanış olmuş, sonra isə Nic qəsəbəsindəki alban “Çotari” kilsəsinə gəlmişlər.Məktəblilər Qəbələdən Şəki şəhərinə yola düşmüşlər.