Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqan tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.

28 avqust 2014 | 03:00

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqan avqustun 27-də tanışlıq məqsədi ilə Qəbələ rayonuna gəlmişdir.
İşlər vəkilini RİH-nin inzibati binasında rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev qəbul etmişdir.
Görüş zamanı RİH başçısı iki ölkə arasında müxtəlif sahələr üzrə yaranan əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən söz açmışdır. Daha sonra qonağa Qəbələ rayonunun iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, füsünkar təbiət qoynunda yerləşən bu gözəl məkan beynəlxalq və iri miqyaslı tədbirlərə ev sahibliyi edir. İldən-ilə burada keçirilən mühüm əhəmiyyətli tədbirlər burada inkişaf tempinin artmasında müstəsna rol oynayır.
Rayonda yaradılmış istehsal müəssisələri burada əhalinin məşğulluğunun və yeni iş yerlərinin yaradılması rayonun inkişaf dinamikasının tərkib hissəsidir.
Diqqətə çatdırılmışdır ki,  bu gün Qəbələ rayonunda turizm infrstrukturu başlıca və mühüm sahələrdən biri hesab olunur. Bildirilmişdir ki,  burada yaradılan şəraitin  nəticəsidir ki, ildən-ilə buraya dincəlmək üçün səfər edən turistlərin sayı nəzərə çarpacaq dərəcədə artır.
Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini bildirən səfirliyin müvəqqəti işlər üzrə vəkil Derek Hoqan Qəbələ rayonuna etdiyi səfərlərin tanışlıq məqsədi daşıdığını bildirmişdir.
Qəbələ rayonunun genış potensial imkanlara malik olması barədə eşitdiyini, bu gün isə bütün bunların canlı şahidi olduğunu diqqətə çatdıran qonaq bütün görülmüş işləri yüksək qiymətləndirmişdir. Görüşdə tərəflər arasında bir çox fikir mübadiləsi aparılmışdır.

Keçidlər