Bələdiyyələr üçün seminar-müşavirə keçirilmişdir.
27 avqust 2014 | 05:00
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə Şöbəsi tərəfindən Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində “Bələdiyyələrin maarifləndirilməsi”nə dair seminar-müşavirə keçirilmişdir. Seminar müşavirədə 150-yə qədər bələdiyyə üzvləri iştirak etmişlər. Yığıncağın keçirilməsində məqsəd bələdiyyə üzvlərinə hüquqi biliklərin aşılanması, onlara hüquqi maarifləndirmə istiqamətində əməli köməkliyin göstərilməsi olmuşdur.
Yekunda tədbir iştirakçılarının sualları hüquqşünaslar tərəfindən cavablandırılmışdır.