Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri İrfan Siddiq Qəbələyə səfərə gəlmişdir.

29 avqust 2014 | 03:00

Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri İrfan Siddiq tanışlıq məqsədi ilə 28 avqust 2014-cü il tarixdə Qəbələ rayonunda səfərdə olmuşdur.
Səfiri RİH-nin inzibati binasında rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev qəbul etmişdir.
Görüş zamanı RİH başçısı iki ölkə arasında müxtəlif sahələr üzrə yaranan əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən söz açmış, qonağa rayonunun iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, burada keçirilən beynəlxalq tədbirlər Qəbələnin inkişaf tempinin artmasında müstəsna rol oynayır. Eləcə də rayonda yaradılmış istehsal müəssisələri və yeni iş yerləri əhalinin məşğulluğunun subyekti və inkişaf dinamikasının tərkib hissəsi kimi diqqətə çatdırılmışdır. 
Səfirə bildirilmişdir ki,  bu gün Qəbələdə turizm infrstrukturu başlıca və mühüm sahələrdən biri hesab olunur. Turizm infrastrukturunda yaradılmış şəraitin nəticəsində,  buraya dincəlmək üçün gələn turistlərin sayı ildən-ilə artır.
Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan səfir Qəbələ rayonuna gəlişinin tanışlıq məqsədi daşıdığını qeyd etmişdir.
Qəbələ rayonunun genış potensialının şahidi olduğunu diqqətə çatdıran qonaq bütün görülmüş işləri yüksək qiymətləndirmişdir.

Keçidlər