Xarici ölkələrin “Mən Azərbaycan haqqında nə bilirəm?”esse yazı müsabiqəsinin qalibləri Azərbaycana səfərləri çərçivəsində Qəbələyə gəlmişlər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə bu ilin aprel-may aylarında xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsi keçirmişdir. Müsabiqənin yekunu olaraq Avstriya, Avstraliya, Bəhreyn, Fransa, İsveçrə, İsveç, İspaniya, İordaniya, Malaziya, Qətər, Tunis və Xorvatiyadan olan nümayəndə heyətlərinin avqust ayının 24-dən Azərbaycana səfərləri başlamışdır. Səfər çərçivəsində müsabiqə qalibləri avqustun 26-da Qəbələyə gəlmişlər. Avqustun 29-dək çəkən səfər zamanı onlar rayonun tarixi abidələri, zəngin təbiəti, turizm və sənaye obyektləri ilə tanış olmuşlar.
Qonaqların ölkəmizə səfəri sentyabrın 1-də başa çatacaqdır