Qəbələ məktəbliləri ölkəmizin şimal bölgəsində.
Sentyabrın 1-də “Ölkəmizi tanıyaq” tur- aksiyası çərçivəsində rayonumuzun ümumtəhsil məktəblərinin IX-XI siniflərində oxuyan 40 nəfər şagird Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola düşmüşlər.
Məktəblilərin yola salınması mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova tur- aksiyanın yeniyetmələrdə vətənpərvərlik tərbiyəsi aşıladığını və onlarda vətəni sevmək, onu qorumaq hissələrini gücləndirdiyini söyləmişdir.
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən təşkil olunan tur-aksiya ilə bağlı bu günə kimi respublikanın 18 rayonundan məktəblilərin Qəbələyə gəldiyini, rayonun tarixi yerləri, istehsal müəssisələri və turizm infrastrukturu ilə tanış olduğunu vurğulayan natiq bu mühüm dövlət tədbirinin əhəmiyyətini açıqlamışdır.
Çıxışının yekununda Ətayə Osmanova şagirdlərə yaxşı yol, əmin-amanlıq, gözəl istirahət və xoş əhval-ruhiyyə arzulamışdır.