Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilmişdir

01 yanvar 2013 | 16:00

Qəbələ şəhərində Heydər Əliyev parkında bəzədilmiş yeni il yolkası ətrafında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il bayramına həsr edilmiş tədbirlərin keçirilməsi təmin olunmuşdur.
Tədbirlərdə iştirak edən məktəblilərin ifasında Dünya Azərbaycanlılarının Həmrəyliyi ilə bağlı, eləcə də Yeni 2013-cü ilin gəlişini tərənnüm edən şer və kompozisiyalar dinlənilmişdir. Tədbir uşaq və gənclərin şən mahnı və rəqsləri ilə davam etmiş, rayon ictimaiyyəti tərəfindən alqışlarla qarşılanmışdır. Yeni il şənliyinin atributları olan şaxta baba və qar qız iştirakçıları yeni 2013-cü ilin gəlişi münasibəti ilə təbrik etmişdir.
Maraqlı və əyləncəli tədbirlər rayonun istirahət mərkəzlərində də öz əksini tapmışdır. Belə ki, 31 dekabr günü Qəbələ şəhərindəki “Sport” hoteldə birlikdə səhnəyə çıxan Aygün Kazımova və Rafet El Roman qonaqlara əyləncə dolu anlar yaşadmışdır. 2013-cü ili birlikdə səhnədə qarşılayan hər iki müğənninin sürprizlərlə dolu konserti onları izləməyə gələnlərdə xoş təssüratlar yaratmışdır.
 

Keçidlər