Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Goranboy və Ağdaş rayonlarının məktəbliləri Qəbələ rayonuna gəlmişlər.

02 sentyabr 2014 | 06:00

Onlar “Ölkəmizi tanıyaq” tur-aksiyasının proqrama uyğun olaraq rayonun tarixi-mədəni abidələri, turizm obyektləri və muzeyləri ilə tanış olmuşlar.
Şagirdlər əvvəlcə rayon tarix-diyarşünaslıq muzeyinə gələrək, Qəbələnin zəngin və çox əsrlik tarixi haqqında ətraflı məlumatlar aldıqdan sonra  Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ümummilli liderin həyatını və siyasi fəaliyyətini  əks etdirən ekspozisiyaya baxmışlar. Sonra şagirdlər şəhər məscidinə, “Beltmann” piano fabrikinə baş çəkmişlər. Turizm sektoru ilə maraqlanan məktəblilərə “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində, beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otellərində, “Fitnes” istirahət-sağlamlıq mərkəzində rayondakı müasir turizm infrastruktu, bölgənin füsunkar təbiəti ilə bağlı ətraflı məlumatlar verilmişdir.
Daha sonra məktəblilər  Çuxur Qəbələ Tarix Bədii Qoruğunda və udilərin kompakt yaşadığı  Nic qəsəbəsində olmuşlar.

Keçidlər