Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələnin qədim memarlıq abidələri milli-mədəni irsimizin nadir inciləridir.

06 sentyabr 2014 | 03:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Göyçay və Qazax məktəbliləri sentyabrın 4-də Qəbələ rayonunun tarixi məkanları, turizm potensialı, istehsal obyektləri və mənzərəli yerləri ilə tanış olmuşlar.
Onlara əvvəlcə Qəbələnin qədim tarixi və mədəniyyəti barədə qısa məlumat verilmişdir. Bu şəhərdə inşa edilən ölkə əhəmiyyətli qədim  memarlıq abidələrinin mədəni irsimizin nadir inciləri hesab olunduğu qeyd edilmişdir. Tur-aksiyanın iştirakçılarına Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar barədə də geniş məlumat verilmişdir.
Qonaqların üz tutduqları ilk məkan Heydər Əliyev Mərkəzi olmuşdur.Onlar burada ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə və sənədlərə baxmışlar. Aksiya iştirakçıları Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında geniş məlumat əldə etmişlər. Muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunduğu məktəblilərə bildirilmişdir. Ekspozisiya ilə tanışlıqdan məmnun qalan tur-aksiya iştirakçıları muzeyin önündə xatirə şəkilləri çəkdirmişlər. Tur iştirakçıları səfər proqramına uyğun olaraq Qəbələnin turizm məkanlarına da baş çəkmişlər. Qəbələ şəhər məscidi və “Beltmann” piano fabriki ilə yaxından tanış olan şagirdlərin sonuncu dayanacağı və maraqla seyr etdiyi məkan isə “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olmuşdur.
Kanat xətti ilə 2 min metr hündürlüyü olan dağın zirvəsinə qalxan şagirdlər oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr etmiş,xatirə şəkli çəkdirmişlər.
Göyçay və Qazax məktəbliləri qədim və müasir Qəbələ şəhərinə ekskursiyadan məmnun qaldıqlarını bildirmiş və xoş təəssüratlarla Şəki şəhərinə yola düşmüşlər.

Keçidlər