Qəbələ rayonunda “Bilik günü” qeyd olunmuşdur.
Sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar rayonun bütün ümumtəhsil məktəblərində “Bilik günü” bayram edilmişdir. Bayram şənliklərində son illər sürətli inkişaf yoluna qədəm qoyan rayonumuzda təhsil sahəsinə göstərilən qayğı ətraflı qeyd edilmiş, 28 yeni məktəbin inşa edildiyi,4 məktəb binasının əsaslı təmir olunduğu, istifadəyə verilmiş məktəblərin hər birində müasir texniki avadanlıqlar quraşdırıldığı, kitabxanalar, idman zalları, fənn kabinələri, labaratoriyalar yaradıldığı, müasir kompüter dəstlərinin şagird və müəllimlərin ixtiyarına verildiyi səslənmişdir.
Qeyd olunmuşdur ki, 2014-2015-ci tədris ilinə hazırlıq məqsədilə bütün məktəblərdə cari təmir işləri aparılmış, yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur.
Rayonda təhsil müəssisələrinin inkişafına verilən diqqətin davamlı xarakter alması nəticəsində bu gün Yengicə və Zirik kəndlərində yeni tikilmiş ümumi orta məktəb binalarının, Böyük Pirəli kəndində isə əsaslı təmir olunmuş tam orta məktəb binasının açılış mərasimləri keçirilmişdir.
Açılış mərasimərində Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının sədri, müllət vəkili cənab Fəttah Heydərov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev iştirak etmişlər. Onlar bayram şənliklərində təməli ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən ətraflı danışmış, bu qayğının milli maarifçilik xüsusiyyətlərinin saxlanılması ilə dünya təhsil sisteminə inteqrasiyasını vuğulamışlar.
Natiqlər Azərbaycan təhsilinin zəngin və mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etməsi sahəsində görülən işlərdən söz açmışlar. Onlar “Bilik günü” bayramı, yeni dərs ilinin başlanması və təzə məktəb binalarının açılışı münasibətilə tədris ocaqlarının pedoqoji kollektivlərini, şagirdləri və valideynləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Daha sonra uşaqlara məktəb ləvazimatı və çantalar təqdim olunmuşdur. Eləcə də 2012-ci ildə istifadəyə verilmiş Solquca kənd ibtidai məktəbi rayon icra hakimiyyətinin köməkliyi və qayğısı nəticəsində yeni dərs ilində əsas məktəb kimi fəaliyyətə başlamışdır. Bayram iştirakçıları ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər.