Kiçik Əmili kəndində rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbulu keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimyyətinin başçısı cənab Səbuhi Abdullayevin Kiçik Əmili kənd sakinləri ilə görüş-qəbulu keçirilmişdir. Görüşdə rayonun xidmət təşkilatlarının rəhbərləri, yerli ictimaiyyəti təmsil edən nümayəndələr və kənd sakinləri iştirak etmişlər.
Görüşdə kəndin inzibati ərazi nümayəndəsi Mahir Mustafayev yaşayış məntəqəsi haqqında hesabat xarakterli məlumat vermiş, ərazidə sosial-iqtisadi sahədə görülən işlərdən danışmışdır. Son zamanlar Kiçik Əmilidə yeni məktəbin, icra nümayəndəliyi üçün inzibati binanın tikildiyini, artezian quyusunun qazıldığını, kəndə asfalt yol çəkildiyini, kənddə taxılçılığın inkişaf etdirildiyini bildrimişdir.
Görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionun, eləcə də Qəbələ rayonunun sürəti iqtisadi və mədəni inkişafından söz açmış, aparılan böyük tikinti-quruculuq işlərindən, adamların maddi rifahının yaxşılaşdırılması və məşğulluqlarının təmin edilməsi istiqamətində görülən işlərdən danışmışdır. Natiq çıxışında həyata keçirilən tədbirlərin nəticəsində kəndlərimizin simasının gündən-günə dəyişdiyini, abadlaşdığını, diqqətə çatdırmış, yeni-yeni məktəblərin, uşaq bağçalarının, sosial obyektlərin, yolların, körpülərin, turizm və idman komplekslərinin tikildiyini və bütün bunların insan amilinə xidmət etdiyini vurğulamışdır.
Sonra kənd sakinləri çıxış edərək rayonumuzda görülmüş işlərə görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Onlar kənddə mövcud olan problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürmüşlər.
RİH başçısı cənab Səbuhi Abdullayev səyyar görüş-qəbulda qaldırılan məsələləri aidiyyəti təşkilatların rəhbərləri ilə müzakirə edərək icrası üçün konkret tapşırıq və tövsiyələr vermişdir.