Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Çoxmübarizəli İdman Döyüş Növləri” üzrə açıq turnir keçirilmişdir.

18 sentyabr 2014 | 03:00

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Vəndam qəsəbəsində “Çoxmübarizəli İdman Döyüş Növləri” üzrə açıq turnir keçirilmişdir.
Turnirin keçirilməsində məqsəd regionlarda çoxmübarizəli idman döyüş növlərinin inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılması, həmçinin onların idman ustalıqlarının artırılması və bu idman növü üzrə yığma komandalara namizədlərin hazırlanmasıdır.
Turnirin açılışnda Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, sonra rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat vermiş, idmana dövlət qayğısından, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana dəstək ənənələrindən danışmış və bu işlərin ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamışdır. Sonra döyüş növləri üzrə məşqçi-müəllim Tuncay Əliyev yarışın keçirilmə qaydaları barədə
iştirakçılara məlumat vermişdir.
16 çəki dərəcəsində 6 yaş qrupu üzrə gərgin idman mübarizəsi şəraitində keçən yarışda Qəbələ komandası I yeri, İsmayıllı komandası II yeri, Ucar komandası III yeri və Yevlax komandası IV yeri tutmuşdur.
Turnirin yekununda rayon Gənclər və İdman idarəsi tərəfindən hər çəki dərəcəsində I, II, III yeri tutmuş idmançılar diplom və medallarla təltif olunmuş, medal sayına görə qalib olmuş komandalar isə kubokla mükafatlandırılmışdır.

Keçidlər