Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Nisgilli Dünyam”adlı ilk kitabın təqdimat mərasimi keçirilmişdir

30 dekabr 2012 | 16:00

Qəbələ Turizm və Otelçilik Üzrə Peşə Tədris Mərkəzində Qəbələ şəhər sakini Nəzakət Nemanın “Nisgilli Dünyam”adlı ilk kitabının təqdimat mərasimi keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələrinin dəvət olunduğu tədbirdə nəgməkar şair Baba Vəziroglu, rayonun həvəskar şairləri də iştirak edirdi. İlk öncə qonaqlardan hər birinə hədiyyə olaraq kitablar paylanıldı.
Tədbirin aparıcısı Arzu Murad bütün qonaqları salamladı və mərasimi həzin musiqi sədaları altinda müəllifin şerlərindən birini səsləndirməklə başladı. Daha sonra aparıcı Şair Baba Vəziroglunun “Çıx qatar yoluna” şerini və Nəzakət Nemanın həmin şerə yazdıgı “Qatar yolundayam” adlı ixtisarəsini duet şəklində səsləndirdi və bu duet hər kəs tərəfindən xoş hisslərlə qarşılandı. Müəllif haqqında ürək sözlərini ifadə edən şəhər 2 saylı tam orta məktəbin direktoru Z.Babayeva,müəllifin dil-ədəbiyyat müəlliməsi R.Səmədova və tarix müəlliməsi R.Məmmədova ona yaradıcılıq fəaliyyətində uğurlar azruladılar.
Daha sonra söz müəllifin özünə verildi. Nəzakət Neman qonaqları salamlayaraq iştirakçılara kitab haqqında qısaca məlumat verdi. İllər öncədən Baba Vəziroglu poeziyasının vurgunu oldugunu ifadə edən müəllif təqdimatda iştirak edən hər kəsə öz səmimi arzularını çatdırdı. Söz sevimli şair Baba Vəzirogluya verildi. O,hər kəsi salamlayaraq, müəllifin şerləri ilə daha əvvəldən tanış oldugunu və bəyəndiyini diqqətə çatdırdı. Sevimli şair gənc şairəyə ən səmimi arzularını çatdıraraq ona uğurlar arzuladı. Tədbirin onda xoş təəsürat yaratdığını qeyd edən şair Baba Vəziroğlu iştirakçılara “Xatirə”adlı şerini səsləndirdi.
Tədbirdə iştirak edən Qəbələ rayon icra hakimiyyətinin baş məsləhətçisi Zahid Əfəndiyev,Qəbələ şəhər inzibati ərazi nümayəndəsinin müavini Əliş Agayev, Rayon Təhsil şöbəsinin nümayəndəsi Arifə Babayeva,Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov, Turizm və Otelçilik Üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov və şəhər 2 saylı tam orta məktəbin müəlliməsi Mirvari Əhmədova ürək sözlərini bildidərək müəllifə gələcək işlərində ugurlar arzuladılar.Təqdimat mərasimindən zövq alan iştirakçılar müəllifi təbrik edərək ona yaradıcılıq fəaliyyətində yeni-yeni nailiyyətlər arzuladılar.Sonda xatirə fotoları çəkildi.
 

Keçidlər