Qəbələ İncəsənət Məktəbində milli musiqi günü keçirilmişdir.
19 sentyabr 2014 | 03:00
Sentyabrın 18-də Qəbələ İncəsənət Məktəbində Azərbaycan xalqının dahi oğlu, milli musiqimizin banisi Üzeyir bəy Hacıbəyovun doğum günü münasibətilə milli musiqi bayramı keçirilmişdir. Tədbirdə dahi sənətkarın əsərlərilə yanaşı Qara Qarayevin, Fikrət Əmirovun və Azərbaycanın digər görkəmlı bəstəkarlarının da əsərləri səsləndirilmişdir. Bayram konserti Üzeyir Hacıbəyovun “Arşın- mal alan” operettasından qızlar xoru ilə başa çatdırılmışdır.