Qəbələ Rayon Mədəniyyət Mərkəzində Azərbaycan şairlərinin bir qrupu ilə görüş keçirilmişdir.
19 sentyabr 2014 | 06:00
Qəbələnin “Azərbaycanın Əfsanələr Paytaxtı” elan edilməsi ilə bağlı mövcud tədbirlər planına uyğun olaraq Azərbaycan yazarlarının Qəbələ rayonunda oxucularla görüşünün keçirilməsi nəzərdə tutulmuşdur. Sentyabrın 18-də onların bir qrupunun- şair Çingiz Əlioğlu, Musa Urud, İlqar Fəhmi, Fərid Xudanlı ilə rayon ictimaiyyətinin Qəbələ Mədəniyyət Mərkəzində görüşü keçirilmişdir. Şair Çingiz Əlioğlunun təqdimatı ilə, onlar yazdıqları yeni şeirləri tamaşaçılara oxumuş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.