“Əfsanələr diyarı-Qəbələ” mövzusunda dəyirmi masa.
Rayon mədəniyyət mərkəzində Qəbələnin “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunmasına həsr edilmiş “Əfsanələr Diyarı-Qəbələ” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılov və Qəbələ RİH başçısının müavini Ətayə Osmanova iştirak etmişlər. AMEA Folklor İnstitutunun mərasim folkloru şöbəsinin böyük elmi işçisi Atəş Əhmədli “Qəbələ-tarixdə və əfsanələrdə” mövzusunda məruzə oxumuşdur.
Məruzə ətrafında AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Sabir Əlihüseynli, Qəbələ Tarix- Diyarşünaslıq muzeyinin direktoru Xalis Məmmədov və Çuxur Qəbələ Tarix- Bədii Qoruğunun direktoru Bəhruz Şərifov çıxış etmişlər.
Sonda “Azərbaycanın Əfsanələr Paytaxtı” proqramı çərçivəsində Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin bir neçə əməkdaşına işgüzar fəaliyyətlərinə görə mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin Fəxri Fərmanları təqdim olunmuşdur.